İtaliya yığmasında yeni baş məşqçi

Futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, sözügedən komanda Robert Mançiniyə tapşırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Anlaşmanın detalları açıqlanmır. Yeni baş məşqçinin təqdimat mərasimi mayın 15-də baş tutacaq.

Qeyd edək ki, Mançininin son iş yeri Rusiyanın “Zenit” klubu olub. 53 yaşlı məşqçi daha öncə İtaliyanın “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” klublarını da çalışdırıb.

COP29