İtaliya polisinin yoxlaması nəticəsində əslən azərbaycanlı olan şəxsin avtomobilindən külli miqdarda narkotik maddə götürülüb.
Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, bahalı narkotik maddə sayılan kokain avtomobilin arxa oturacaqlarının altından tapılıb.
Maraqlıdır ki, həmin şəxsin adı açıqlanmır.
Faktla bağlı Roma polisi tərəfindən cinayət işi açılıb.