İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı

İtaliyanın “Pyaneze” komandasının üç futbolçusu və bir əməkdaşı koronavirus epidemiyasına yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə C Seriyasının A qrupunda çıxış edən klubun rəsmi saytı məlumat yayıb.

Virusa yoluxanların adı açıqlanmayıb.

Qeyd edək ki, İtaliyada 821 nəfər virusa yoluxub, 46 nəfər sağalıb, 21 nəfər ölüb.