İtaliyada dəhşətli daşqınlar davam edir: 10 nəfər öldü

İtaliyanın Palermo şəhərində güclü leysan yağışlarından sonra baş verən daşqınlar nəticəsində üçü uşaq olmaqla, 10 nəfər həyatını itirib.

Yenicag.az  TASS-a istinadən xəbər verir ki, ölən 10 nəfərdən 9-u bir ailənin üzvüdür. Onların meyitləri Kasteldaçça çayı sahilində yerləşən evdə aşkar edilib.

Polis əməkdaşları itkin düşmüş daha 2 nəfərin axtarışlarını davam etdirir.