İtaliyada dəhşətli partlayış: 2 nəfər öldü, 17 nəfər yaralandı

İtaliyanın Rieti əyalətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış Borqo Kvinçio bölgəsi yaxınlığında günorta saatlarında baş verib.

Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Araşdırma aparılır.