İtaliyada koronavirus qurbanlarının sayı 11,6 min nəfərə çatdı

İtaliyanın Mülki Müdafiə Xidmətinin başçısı Andcelo Borrelli ölkədəki epidemioloji vəziyyətdən danışıb.

Yenicag.az xəbər verir ki, A.Borrelli qeyd edib ki, ölkədə virusa yoluxanların ümumi sayı 100 min nəfəri ötüb.

Koronavirusdan son gün ərzində 812 nəfər ölüb. Bununla da İtaliyada pandemiya qurbanlarının ümumi sayı 11 591 nəfər təşkil edir.

Xatırladaq ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Uhan şəhərində pnevmaniya haqqında bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada koronavirus qurbanlarının sayı 33 106 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı 693 224 min nəfərə çatıb.

ÜST martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

COP29