İtaliyada bu günə qədər koronavirusun yeni növünə yoluxanların sayı 1694 nəfərə çatıb, 34 nəfər bu virusdan ölüb.
Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli açıqlama verib.
“Hazırda bizdə 1694 yoluxmuş insan var, təxminən 51% -i evdə karantindədir, onlarda xəstəliyin ciddi əlamətləri yoxdur”, – deyə Borrelli bildirib.
O, 34 nəfərin öldüyünü, 80-dən çox insanın sağaldığını da qeyd edib.