İtaliyada koronavirusa yoluxanların sayı artıb

İtaliyada COVİD-19 koronavirusundan daha 250 nəfər ölüb.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17660 nəfərə, ölənlərin sayı isə 1266 nəfərə çatıb.

Hazırda İtaliyada 14955 nəfər müalicəsini davam etdirir.

COP29