İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.
Yenicag.az xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat verib.
Məlumata görə, koronavirusa yoluxan 222 104 nəfərdən 112 541-i sağalıb.
Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.
Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.