İtaliyada növbəti mafiya əməliyyatı: 30 nəfər saxlanıldı

İtaliyanın Neapol şəhərində Kamorra mafiyasına qarşı xüsusi əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

Sekuino klanına qarşı keçirilən əməliyyat zamanı atəş səsləri də eşidilib. Hadisə zamanı xəsarət alanlar olmayıb.

Saxlanılanlar barəsində hədə-qorxu yolu ilə pul vəsaitlərinin mənimsənilməsi, qanunsuz silah saxlama və narkotik vasitələrin yayılması kimi ittihamlar irəli sürülüb./Trend/

COP29