İtaliyada qadın ona təcavüz etmək istəyən keçmiş sevgilsinin cinsi orqanını kəsib.
Yenicag.az bu barədə “Daily Mail”ə istinadən xəbər verir.
Məlumatda vurğulanır ki, qadın aralarında yaranmış mübahisəni həll etmək üçün keçmiş partnyorunun evinə gedib. Kişi keçmiş sevgilisinə barışıq və seks təklif etsə də, qadın onun bu istəyini qəbul etməyib.
Bundan sonra kişi onu zorlamağa cəhd edib və qadın bıçaq götürərək keçmiş sevgilisinin cinsi orqanını kəsib. Bundan sonra kişi polisə və təcili yardıma zəng edib.
Bildirilir ki, cərrahların uroloqlarla birgə apardığı əməliyyat zamanı cinsiyyət orqanı uğurla yerinə tikilib.