!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirildi - FOTOLAR

!Reklam – Yazi

İtaliyanın Roma şəhərində “Xaricdə Azərbaycanı necə təbliğ edək?” mövzusunda tədbir baş tutub. Azərbaycan – İtaliya Gənclər Assosiasiası, Azərbaycan Diaspor Gənclər Təşkilatı və “Azxəbər Media”nın təşəbbüsü ilə baş tutan görüşdə 50-ə yaxın tələbə iştirak edib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan – İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov bildirib ki, xaricdə təhsil alan gənclər yaşadıqları ölkələrdə Azərbaycanın təbliğatçısı olmalıdırlar: “Biz hər birimiz dövlətimizə və dövlətçiliyimizə sadiq olmalıyıq. Xaricdə təhsil alan tələbələrin də üzərinə böyük yük düşür. Bu gün İtaliyada 2 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların hər biri Azərbaycanın simasıdır. Biz çalışmalıyıq ki, sosial şəbəkələrdə, real həyatda ölkəmizi təbliğ edək, xarici dostlarımıza bu haqda məlumat verək”.

Emin Rüstəmov İtaliyada diaspor fəaliyyəti haqda da danışıb: “Diasporla iş üzrə Dövlət Komitəsi son 1 ildə çox böyük işlər görüb. Sevindirici haldır ki, İtaliyada yaşayan azərbaycanlılar da bu diqqət və qayğıdan kənar qalmayıb. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Biz diaspor təşkilatı olaraq komitənin bu istiqamətdə işlərini dəstəkləyirik və işlərin daha da güclənəcəyinə inanırıq”.

Daha sonra tədbirdə azxeber.com informasiya portalının baş direktoru Əfsələddin Ağalarov çıxış edib. O internet mediada Azərbaycanın təbliğatının önəmindən danışıb: “Xaricdə təhsil alan gənclər həmin ölkələrin media orqanları ilə münasibət qurmalı və Azərbaycan həqiqətlərini o ölkələrdə yaymalıdır. Siz bir neçə xarici dil bilirsiz, bu imkan verir ki, xaricdə Azərbaycan təbliğatı ilə məşğul olasız. Dağlıq Qarabağ həqiqətləri ilə bağlı materialları xarici dillərə tərcümə edib, vikipediada yerləşdirməklə də buna nail olmaq olar. Biz hər birimiz ölkəmizin simasıyıq, çalışmalıyıq ki, ölkəmizi xaricdə uğurla təmsil edək. Siz də internet medianın, xəbər saytları və sosial şəbəkələrin imkanlarından istifadə edərək, etdiyiniz tədbirləri, gördüyünüz işləri daha geniş kütləyə çatdıra bilərsiz. Biz bu işdə sizə yardımçı olmağa hazırıq”.

Tədbirdə daha sonra tanınmış jurnalist, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edib. O da öz növbəsində bildirib ki, sosial şəbəkələr təbliğat üçün ən önəmli faktordur: “Cənab Prezident İlham Əliyev xaricdə yaşayan tələbələrə bildirmişdi ki, sizin hər biriniz xaricdə Azərbaycanın səfirisiz, Azərbaycanın simasız. Gənclər də çalışmalıdır ki, harada olmasından asılı olmayaraq dövlətimizə və dövlətçiliyimizə xidmət etsin. Bu işdə sosial şəbəkələr ən böyük vasitədir. Sosial şəbəkələr vasitəsilə siz xaricilərə Azərbaycan həqiqətlərini çatdıra bilərsiz. Faktdır ki, Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərib. Siz də bu prosesdə aktiv olmalısız. İtaliya Azərbaycan üçün çox önəmli ölkədir, ticarət tərəfdaşıdır. Burada təhsil alan tələbələrimiz də İtaliya mətbuatında məqalələrlə çıxış etməlidir. Biz də öz növbəmizdə bu işdə sizə yardımçı olmağa hazırıq. Eyni zamanda İtaliyada Azərbaycanla bağlı gördüyünüz təbliğat işlərini də geniş pr etmək imkanınız var. Azərbaycan mediası xaricdə təhsil alan tələbələrə açıqdır. Biz sizə hər bir dəstəyi verməyə hazırıq”

Tədbir daha sonra tələbələrin sual və təklifləri ilə davam edib.

www.yenicag.az

5667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv