İtaliyada təyyarə qəzası – Ölənlər var

İtaliyanın Verona əyalətində yüngülmotorlu “Cessna” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az ANSA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Agentliyin verdiyi məlumata görə, təyyarə meşəyə düşüb. Yerə çırpılan nəqliyyat vasitəsi dərhal alovlanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər və həkimlər cəlb olunub. Lakin onların cəhdləri nə təyyarəni, nə də onun içərisində olanları xilas etməyə yetərli olub.

İnsidentlə bağlı araşdırma aparılır.