İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.
Güclü zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısı dağılıb, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.
Hazırda xilasetmə əməliyyatları davam edir.