İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər.
Yenicag.az xəbər verir ki, onların təxliyəsi üçün çarter reyslər təşkil edilib.
Təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq. Onlar təhlükəsizlik məqsədilə xüsusi paltarlarla təmin ediliblər.
İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.
Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa yoluxub, 2500-dən artıq insan isə bu xəstəlikdən dünyasını dəyişib./Trend/