İtaliyadan Ukraynaya dəstək vədi: “Ölkənin Avropa İttifaqına üzvlüyü üçün…”

İtaliyanın baş naziri ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük məsələsində Ukraynaya dəstək olacağını açıqlayıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Corciya Meloni Aİ üzvlüyü üçün tələb olunan prosedurların icrasında Ukraynaya yardım göstərəcəklərini bəyan edib.

O, bu barədə ukraynalı həmkarı Denis Şmıqalla Romada baş tutan görüşündə danışıb:

“İnanırıq ki, Ukraynanın gələcəyi bizimlədir və bu ölkə daha artıq dərəcədə bizim Avropa ailəsinə qoşulacaq. Ukraynanın Avropa İttifaqına tezliklə üzv olması üçün əlimizdən gələn köməyi edəcəyik.

Biz açıq-aydın görürük ki, Ukrayna hökuməti ölkədə müharibə getməsinə baxmayaraq, Avropa Komissiyasının müəyyənləşdirdiyi hədəflərə doğru qısa müddətdə yaxınlaşmağa səy göstərir. Ona görə də üzvlük üçün danışıqlar prosesinin sürətləndirilməsinə çalışacağıq”.