!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliyan mafiyasına AĞIR ZƏRBƏ: 50 nəfər həbs EDİLDİ

!Reklam – Yazi

İtaliyada polisin “Ndrangheta” mafiyasına qarşı keçirdiyi reyd nəticəsində 60-a yaxın adam həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” polisin bəyanatına istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həbslər İtaliyanın cənubundakı Kalabriya bölgəsində baş verib.

Polisin məlumatına görə, 50 nəfər həbs edilib, 9 nəfər isə ev dustaqlığına buraxılıb. Müstəntiqlər narkotik ticarəti də daxil olmaqla, “Ndrangheta” ilə əlaqəli müxtəlif cinayət fəaliyyətlərini aşkar ediblər.

Jurnalistlər italyan “Ndrangheta”sının ölkənin ən güclü mafioz təşkilatı olduğunu, fəaliyyətini bütün Avropa və bütün dünyaya yaydığını vurğulayıblar.

Xatırladaq ki, 2023-cü ilin noyabrında İtaliyada “Ndrangheta” mafiya klanının üzvlərinə qarşı son üç onillikdə ən böyük məhkəmə prosesi başa çatıb, 200-dən çox insan məhkum edilib. 2024-cü ilin yanvarında Almaniya Federal Daxili İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən italyan mafiya üzvlərinin sayını min nəfərdən çox hesab edirdi.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv