!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İtaliyanın iqtisadi inkişafı zəifləyib və borcları da xeyli çoxalıb” – Politoloq

!Reklam – Yazi

shutterstock_401466406-800x500_c“Köhnə dünya” parçalanır

İtaliyada keçirilmiş referendumda Matteo Renzinin Avropayönümlü hökumətinin Konstitusiya islahatları paketi rədd edilib.

Yeniçağ.Az xəbər verir ki, İtaliyada dünən baş tutan referendumda iştirak edənlərin 60 faizi baş nazir Matteo Renzinin təklif etdiyi Konstitusiyaya dəyişiklik zərfini dəstəkləməyib. Referendumun nəticələri tək İtaliyada deyil, Avropada da mövcud duruma hissolunan təsir göstərib. Bu il iyunun 23-də Böyük Britaniyada keçirilmiş referendumda “Breksit” (Avropa Birliyindən çıxmaq) tərəfdarlarının qələbəsi ilə şok yaşayan qitə indi də italyanların “şıltaqlığı” ilə üzləşib. M.Renzi hökumətinin təklif etdiyi dəyişikliklər zərfini dəstəkləməyən italyanlar bununla Avropa Birliyinin başı üzərindəki qara buludları bir az da sıxlaşdırıb.

Elxan Şahinoğlu ile ilgili görsel sonucuReferendumun nəticələrini demokratiyanın göstəricisi kimi qiymətləndirən M.Renzi məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürərək, istefasını elan edib. Onun bu addımı İtaliyada növbədənkənar seçkiləri aktuallaşdırıb. İtaliyada keçirilmiş referendumun nəticələrini Yeniçağ.Az-a dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirib ki, bu nəticə Avropa Birliyində mərkəzdənqaçma meyllərininin daha da güclənməsinin təsdiqidir:

“İtaliyanın iqtisadi inkişafı zəifləyib və borcları da xeyli çoxalıb. Avropa Birliyində Yunanıstandan sonra ən ağır vəziyyətdə olan ölkə məhz İtaliyadır. Buna görə də İtaliyanın baş naziri Matte Renzi vəziyyəti dəyişmək üçün struktur islahatlarına ehtiyac duyurdu. Ancaq referendumda xalqın əksər hissəsi struktur islahatlarının əleyhinə çıxdı və baş nazir doğru olaraq istefaya getdi. Çünki ona da aydındır ki, hakimiyyət qollarında struktur dəyişikliyi aparmadan iqtisadi islahatları genişləndirmək çətin olacaq. Ona görə də o, belə vəziyyətdə bu məsuliyyəti üzərinə götürmək istəmədi. İtaliyadakı referendum Avropa Birliyindəki mərkəzdənqaçma meyllərini daha da gücləndirəcək. Avropa İttifaqı hər bir üzv dövləti ayrılıqda xilas etməkdə ciddi çətinlik çəkir”.

 

Yeniçağ.Az

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv