İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Bakıya işgüzar səfərə gələcək.
Bu barədə Yeniçağ.Az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumatda deyilir.
Verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.
Yeniçağ.Az