Məclislərin birində itə meyxana deyən və buna görə sərt həmkarları tərəfindən tənqidlərə tuş gələn meyxanaçılardan biri də ustad sənətçi Ağamirzədir.
Yenicag.az-a açıqlama verən Ağamirzə burada heç bir qəbahət görmədiyini bildirib və haqqında söylənən iradlarla razılaşmadığını deyir:
“Məclisdəydik, orada dostlarımız olan 4-5 nəfər itbaz var idi. Xahiş etdilər ki, itdən meyxana deyək, biz də dedik. O vaxt ustad Ağasəlim də deyib: “Bu pişik qarə pişik, bizi gətirib zarə pişik”. Nizami Rəmzi də deyib: “Bu siçan seyri çisan, basıbdı hər yeri çiçan”. İt adını dost qoyan çox bivəfa dostlardan vəfalıdır, meyxana deyəndə nolur ki? Burada heç bir qəbahət görmürəm. Bunu şişirdib don geyindirənlərin fikrini də anlamıram”.
Cəvahir