İtkin düşən 10 yaşlı qızın meyiti yandırılmış halda tapıldı – FOTO

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlıq üçün gedib. Babası ondan evə gedib, gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.

mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

COP29