!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən 4 nəfər tapıldı

!Reklam – Yazi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb.

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyən edilib.

İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv