İtkin düşən 4 nəfərdən xəbər var

Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 22 cinayətin üstü açılıb. Onlardan 7 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Bu barədə Yenicag.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.