İtkin düşən ailənin yanmış cəsədləri tapıldı

42 gün əvvəl itkin düşən 5 nəfərlik ailənin cəsədləri tapılıb.

Yenicag.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Kastamonu şəhərində baş verib. Belə ki, 29 noyabr tarixində Kastamonun Bürme kəndində baş verən yanğın nəticəsində beşnəfərlik ailənin yaşadığı ev yanaraq, külə dönüb. Yanğın söndürülərkən ailə üzvləri Fazıl, Sebahat, Şengül, Emin və Serdar Çataloğullarının itkin düşdüyü məlum olub. Araşdıma zamanı onların vəhşicəsinə öldürüldükdən sonra cəsədlərinin yandırıldığı üzə çıxıb.

İstintaq zamanı 4 şübhəli saxlanılıb. Onlar özlərini təqsirli bilməsələr də, daha sonra cinayəti etiraf ediblər.

Məlum olub ki, qatillər ailənin 5 üzvünü əvvəlcə öldürüb, sonra isə meyitləri meşədə yandırıblar.