“National Geographic” sənədli film qrupu Everest dağında apardığı araşdırmalar zamanı 100 il əvvəl zirvəyə dırmaşarkən itkin düşən ingilis alpinist Andrey Komin İrvinə aid olduğu düşünülən bir çəkmə tapıb. Bu əhəmiyyətli kəşf alpinizm tarixinə işıq tutma potensialına malikdir.
Yenicag.az xəbər verir ki, “National Geographic”in internet saytındakı açıqlamaya görə, sənədli film qrupu Everest dağının şimalındakı Ronqbuk buzlağında bir çəkməyə rast gəlib.
Buzun əriməsi ilə ortaya çıxan çəkməni tədqiq edən qrup içində bir ayaq və yun corab tapdığını görüb və bu qalıntıların 100 il əvvəl dostu Georgi Mallori ilə Everestin zirvəsinə dırmaşarkən itkin düşən “Sandi” ləqəbli İrvinə aid ola biləcəyini düşünüb.
Bu tapıntını itkin alpinist İrvin ilə bağlı “ilk həqiqi sübut” olaraq qiymətləndirən qrup bu durumun İrvinə nə olduğunu maraq edən ailəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
İrvinnin ailəsinin ayağın alpinistə aid olub-olmadığını anlamaq üçün DNT nümunəsi verdiyi bildirilib.
İngilis alpinist Andrey Komin İrvin və dostu Georgi Mallorinin Everest dağının zirvəsinə dırmaşarkən itkin düşməsi alpinizm tarixinin ən böyük sirlərindən biri hesab edilir.
Onlar son dəfə 8 iyun 1924-cü ildə görülüb və Everestin zirvəsinə çatmağa çalışan ilk insanlar olaraq tarixə keçiblər.
İsmayıl Bakuvi
Mallory’nin qalıntıları 1999-cu ildə tapıldı, lakin ikilinin yanlarında daşıdığı və zirvəyə çatıb-çatmadıqlarını ortaya çıxara biləcək fotoaparat heç vaxt tapılmadı.