Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.
Yenicag.az-ın məlumatına görə, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq.
***
13:22
Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərəfə kəndinə aparılıb.
Bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.
“Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir”.
Cəvahir