İtkin düşən azyaşlı bacılar tapıldı

Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub. 2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.

Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.