İtkin düşən gənc qız Bakıda tapıldı

Qax rayonunda itkin düşən 21 yaşlı qız tapılıb.

Yenicag.az xəbər verir ki, Qax rayon polis şöbəsinə ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Qax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib./Teleqraf/