İtkin düşən neftçilərin axtarışları davam edir

скачанные файлы (2)Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticəsində itkin düşənlərin axtarışlarını davam etdirir.

Bu haqda Modern.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib. 2015-ci il dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi.