!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən neftçilərin kreditləri ödəndi

!Reklam – Yazi

ARDNŞ-in (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib.

Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1 000 manat ümumilikdə, 2 000 manat maddi yardım göstərilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım göstərilib.

Bundan başqa, SOCAR-ın sərəncamına əsasən hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1 000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.

İtkin düşmüş neftçilərdən Ramiz Qulu oğlu Abasovun 2 övladı, Samir Atabala oğlu Əsədovun 3 övladı, Güloğlan Hacıbala oğlu Zülfüqarovun 3 övladı, Azay Hacıbala oğlu Zülfüqarovun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft-Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.

İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmirbank” ASC-yə 7 000 manat, “Unibank” ASC-yə 3 063 ABŞ dolları ödənilib.

İtkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun – “Unibank”a 258 manat, “Bank of Baku”ya 173 manat, itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Çimnaz Qaraş qızı Zülfüqarovaya 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” MTK-dən Sumqayıt şəhəri, S.Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kv.metr sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” MTK-yə 38 800 manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.

Əlavə olaraq, cəsədləri tapılmış itkin düşən neftçilərin dəfn mərasiminin təşkili məsələləri “Azneft” İB tərəfindən həyata keçirilib və bir sıra maddi yardımlar göstərilib.

27 dekabr 2016-cı il tarixində İlham Əlhüseyin oğlu Qafarovun həyat yoldaşı Rəsmiyyə Qafarova N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 31 dekabr 2016-cı il tarixli protokolla bir dəfəlik 2 100 manat məbləğində yardım göstərilib.

Vəfat etmiş Həsənağa Hüseynağa oğlu Hacıəliyeva “Neftçi” MTK-dan ayrılmış mənzilə görə H.Hacıəliyevlə “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 11 yanvar 2017-ci il tarixinə olan 31 939,33 manat məbləğində qalıq borcu “Azneft” tərəfindən banka ödənilib.

H.Hacıəliyevin “Unibank”a 434 manat, ”Bank of Baku”ya 5 630 manat, “Bank of Baku” (Bolkart) 1 060 manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialına 9 998 manat məbləğində kredit borcları ödənilib. Onun həyat yoldaşı Zenfira Qırxlar qızı Hacıəliyeva N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28 fevral 2017-ci il tarixli protokolla bir dəfəlik 2 320 manat məbləğində yardım olunub.

Qeyd edək ki, ötən ilin 15 dekabr tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Qəza nəticəsində neft-yığım məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Yeniçağ.az

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv