!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşən gəncin meyiti ağacdan asılı vəziyyətdə tapıldı - Oğuzda şok olay

!Reklam – Yazi

Oğuz rayonunun Xaçmaz kəndində 15 gün əvvəl itkin düşən 20 yaşlı oğlanın cəsədi tapılıb.

Yenicag.az xəbər verir ki, əqli zəifliyi olan İsmayılov Qorxmaz Qurbanəli oğlu 15 gündür evdən çıxıb və geri dönməyib. Körpə yaşlarından nənəsinin yanında qalan gənc əvvəllər 2 dəfə evi tərk edib, dağda çobanlar tərəfindən tapılaraq geri gətirilib. Mobil telefonunu da evə qoyub gedən gəncin tapılması üçün aidiyyatı qurumlara müraciət edilsə də, axtarışlar bir nəticə verməyib.

Bu gün isə səhər saatlarında qonşuları öz bağlarında İsmayılov Qorxmazın cəsədini ağacdan asılı vəziyyətdə tapıblar.

20 yaşlı gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparıılır.

www.yenicag.az

1837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv