Yaponiya sahillərində tapılan qayıqda 8 çürümüş insan meyiti aşkarlanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən bazar günü Yaponiya sahillərində 7 metr uzunluğunda qayıq tapılıb. Qayığın Şimali Koreya balıqçılarına aid olduğu deyilir. Məlumata görə, qayıqdakı 8 balıqçı okeanda yolunu azıb. Onların çürümüş meyitlərinin bəzilərində ümumiyyətlə, baş yoxdur.
Qeyd edək ki, bölgədə belə hadisələrə tez-tez təsadüf olunur.