İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı son məlumat

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib.

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.