İtkin düşmüş balıqçılar axtarılır

60363Oktyabrın 25-də dənizə çıxmış, lakin hələ də geri qayıtmamış balıqçıların axtarışı davam etdirilir.
Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları nazirliyin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Axtarışlar barədə əlavə məlumat veriləcək. (qafqazinfo.az)