!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşmüşdülər, 36 gün sonra meyitləri Xəzərdə tapıldı

!Reklam – Yazi

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisinin göyərtəsinə götürülüb.

Yenicag.az xəbər verir ki, artıq qayıqda tapılmış meyitlərin kimliyi də məlum olub.  Bunlar 18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxan 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğludur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

www.yenicag.az

2144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv