Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisinin göyərtəsinə götürülüb.
Yenicag.az xəbər verir ki, artıq qayıqda tapılmış meyitlərin kimliyi də məlum olub. Bunlar 18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxan 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğludur.
Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.