İtlər məşhur aktyora hücum etdi – İLK AÇIQLAMA / FOTO

Türkiyənin tanınmış aktyoru Reha Özcan çoban itlərinin hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, hadisə “Bir Garip Orhan Veli” tamaşası üçün getdikləri Burdurda baş verib.

Sosial şəbəkə hesabından açıqlama verən aktyor, “Bizim səhvimizdir”, – deyərək qaçarkən sol ayağının yaralandığını qeyd edib.

Reha Özcan gəzə bilmədiyi üçün tamaşa boyu oturduğunu da vurğulayıb.