!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İTV-də möhtəşəm gecə: “Oxşarabad 2”də bütün korifeyləri izləyəcəksiniz - FOTO/VİDEO

!Reklam – Yazi

Dekabrın son günü İTV-də “Oxşarabad 2” filmi yayımlanacaq.

Bu barədə Oxu.Az-a İTV-nin sədr müavini Tural Sevdimalı məlumat verib.

Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan, baş rolda Taleh Yüzbəyovun oynadığı “Oxşarabad” adlı film komediya janrındadır.

“Bu il həmin filmin ikinci hissəsi olan “Oxşarabad 2” təqdim olunacaq. Filmdə baş rolları Taleh Yüzbəyov oynayır və onun tərəf müqabili kimi Nəsibə Zeynalovanın obrazı canlandırılacaq.

“Oxşarabad 2” filminin ssenarisi komediya janrından fərqli olaraq, bir qədər retro, nostalji tonlar üzərində çəkilib.

Ssenariyə görə, T.Yüzbəyova tapşırıq verilir ki, Azərbaycanın korifey sənətkarlarını tapsın. Filmdə bir neçə dahi sənətkarların obrazları canlandırılacaq. Daha sonra yayımlanacaq Yeni il konsert proqramında həmin sənətkarların ifası izləyicilərimizə nostalji anlar yaşadacaq.

Proqram layihəsinə əsasən, bayram gecəsi efirə gedəcək “Oxşarabad 2” Korifeylər Konsert Proqramında Müslüm Maqomayev, İlhamə Quliyeva, Rübabə Muradova, Anatoli Qəniyev, Nəzakət Məmmədova, Mirzə Babayev, Rəşid Behbudov, Oqtay Ağayev, Şövkət Ələkbərova, Sara Qədimova iştirak edəcəklər.

Hələlik korifeylərin obrazlarını yaradacaq sənətçilərimizin adını açıqlamırıq, bunu tamaşaçılar konsert proqramını izləyərkən görəcəklər. Sənətçilərimiz maksimum çalışacaqlar ki, ifaları dahi sənətkarlarımızın səslərinə uyğun şəkildə səsləndirsinlər”.

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv