İTV-də yüksək vəzifələrə kadr təyinatları – SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

Yenicag.az xəbər verir ki, 4 sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.

Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu Baş Direktorun müavini, Osmanova Günel Aslan qızı “Kadrlar və Xüsusi İşlər” departamentinin direktoru, Şükürova Könül Arif qızı “Səhər proqramları” departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç “Beynəlxalq əlaqələr” departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu “İdman” departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

“Aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə xidmət edir”, – deyə, şirkətdən bildirilib./Report/

COP29