Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, şirkətin baş direktoru Balakişi Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.
İTV-nin rəhbəri verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq qurumlara təşəkkürünü də bildirib.
İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.