!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İTV-dəki yanğında zəhərlənənlərdən XƏBƏR VAR - YENİLƏNDİ

!Reklam – Yazi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, şöbəyə gətirilən hər iki şəxsdə ciddi zəhərlənmə aşkarlanmayıb: “Onlar tüstüdən sıxılıblar, zəhərlənməyə keçməyib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından evə buraxılıblar”.

Xatırladaq ki, sentyabrın 28-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti” nin inzibati binasında yanğın baş verib.

Yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

***

08:25

Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən Report-a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.

Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.

www.yenicag.az

4144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv