İTV-nin işçisinin dənizdən meyiti tapıldı

8dbd9-itkinİctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.