Mayın 1-də “IV Beynəlxalq Autizm Festivalı” keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının ilə “AzFest Group”un təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə IV Beynəlxalq Autizm Festivalı keçrilib.
Festivalın keçrilməsində məqsəd autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası yolunda görülən işləri nümayiş etdirmək, cəmiyyətin diqqətini autizm spektr pozuntusu olan uşaqların çətinliklərinə yönəltməkdir. Festivalda yerli mərkəzlərlə yanaşı türkdilli dövlətlərdən olan təşkilatların nümayəndələri də fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdırıblar. Festivalda dövlət rəsmiləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak edib.