!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

IV İslam Həmrəyliyi Oyunları üçün satışa çıxarılacaq biletlərin qiyməti açıqlanıb

!Reklam – Yazi

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu “Bakı 2017″nin korporativ direktoru Elçin Səfərov bildirib.

Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq: “Buraya “İslamiada-2017″nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir. Qiymətlər isə 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı “İslamiada-2017″ni daha çox azarkeşin izləməsi üçün atmışıq. İslamiadanın açılış mərasimi üçün isə biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün 10 manatdan başlanır.

Biletləri onlayn şəkildə almaq da mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik”.

Yeniçağ.Az

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv