!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

IV Qlobal Bakı Forumu başa çatdı – Fotolar

!Reklam – Yazi

1197IV Qlobal Bakı Forumu çərçivəsində “Yekun Plenar Sessiya: XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” mövzusunda son panel keçirilib.

Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, panelin aparıcısı Kanadanın sabiq baş naziri Jan Kretyen bildirib ki, forum çox maraqlı və məhsuldar keçib: “Burada edilən çağırışlar, söylənən fikirlər əhəmiyyətli oldu”.

İSESCO-nun baş katibi Əbdüləziz Əl-Tüveycri isə forumda müzakirə olunan mövzulara, xüsusilə Suriya məsələsinə münasibətini bildirib. O, problemin yaranmasının səbəbkarı kimi Rusiya və İranı göstərib: “Axı Rusiya və İrana kim səlahiyyət verib ki, öz hərbçiləri ilə Suriyada diktator rejimi dəstəkləyir?! Orada faktiki olaraq diktatura hökm sürür və insanlar o rejimi istəmədikləri üçün ölkəsindən didərgin düşüblər. Biz İran və Rusiyadan bunu soruşmalıyıq. İran istəyir ki, Orta Şərqdə üstünlük əldə etsin və Rusiya da ona dəstək verir. Rusiya inqilabçılara yox, inqilaba zidd gedənlərə dəstək verir. Axı İŞİD nədir ki, onu məhv etmək mümkün deyil?! Ona dəstək verirlər. Bütün bu problemlərin yaranmasında əsas günahkar Rusiya və İrandır”.

Öz növbəsində Bolqarıstanın keçmiş prezidenti Petr Stoyanov forumun yüksək səviyyədə təşkili üçün Azərbaycan prezidentinə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, Forumda aparılan dialoqlar davamlı və daha güclü olmalıdır: “Çünki dünya hazırda yaşanan münaqişələr, dini qarşıdurmalar fonunda bu olduqca vacibdir. İnsanlar bu gün yaxşı həyat axtarışındadır və biz bunu düşünməliyik. İslam və xristian dünyası arasında bölünməz dostluq bu problemləri kökündən həll edəcək”.

Bosniya və Herseqovinanın Prezident Şurasının serbiyalı üzvü Mladen İvaniç isə forumda miqrantlarla bağlı aparılan dialoqa diqqət çəkib. O qeyd edib ki, Avropada miqrantlara qarşı bir qorxu yaranıb, bu üzdən dövlətlər sərhədləri bağlayır: “Amma bu, problemdən çıxış yolu deyil”. O bu problemin həllinə Rusiyanı da cəlb etməyi təklif edib. İvaniç eyni zamanda miqrantlar probleminin həlli ilə bağlı ayrıca Nobel mükafatının təsis edilməsi təklifi irəli sürüb.

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqa isə forumu yüksək dəyərləndirib və növbəti ildə də belə bir forumun gözlənildiyini deyib. Sabiq prezident forumda müzakirə olunan Suriya məsələsinə də toxunaraq İŞİD üzvlərini vəhşi heyvan adlandırıb.

Panel müzakirələri yekunlaşıb.

Bununla da IV Qlobal Bakı Forumu başa çatıb.

 

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv