Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

IX Qurultay başa çatdı - Arif Hacılı yenidən Müsavat başqanı seçildi - FOTO/Yeniləndi

Reklam: Sinerji Pro

Arif Hacılı yenidən Müsavat başqanı seçilib.

Yenicag.az xəbər verir ki, Arif Hacılı səslərin böyük əksəriyyətini qazanıb. Belə ki, Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs alıb. 5 səs isə etibarsız hesab edilib.

***

12:57

Müsavat Partiyasının IX qurultayı öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, qurultayı Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı açıq elan edib. Qurultayda 3 nəfərdən – İsa Qəmbər, Nüşabə Sadıqlı və Arif Hacılıdan ibarət sədarət seçilib.

Müsavat Partiyasının qurultayında seçki komissiyasının seçilməsi namizədlər arasında qalmaqala səbəb olub. Başqanlığa namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı seçki komissiyasına seçilən üzvlərin mütləq əksəriyyətinin hazırkı başqan Arif Hacılını dəsəklədiyini iddia edib.
Uzun sürən müzakirələrdən sonra əvvəlcədən namizədliyi təklif olunan bir nəfər öz namizədliyini geri çəkib. Onun yerinə Fəxrəddin Abbasın namizədiliyi verilib.
Qurultay uzun müzakirələrdən sonra seçki komissiyasının tərkibini təsdiq edib.

Bundan sonra Müsavat partiyasının başqanı Arif Hacılı 5 illik hesabat verib.

O, bildirib ki, Müsavat Partiyası siyasi məhbusu olmayan siyasi partiyadır:
“Müsavat Partiyasının siyasi məhbusunun olmaması, mərkəzdə qərargahının olması partiyanın üstünlüyüdür. 2019-cu ildə Müsavat Partiyası mitinq üçün ilk müraciət edən təşkilatıq. Ancaq bizim 12 yanvar tarixi üçün mitinq keçirməklə bağlı müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab vermədi. Amma yanvarın 19-da digər bir təşkilata mitinq üçün icazə verildi. Biz iki dəfə icazəsiz aksiya keçirmişik”.

Səxavət Məmməd

www.yenicag.az

662
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM