İxrac edilən yağların həcmi yarıbayarı azaldı

Yanvar-iyun aylarında 4960 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 9,3 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyun aylarında dəyəri 16 milyon dollar olmaqla, 9017 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.