İxtisas seçimi bitdi – Yekun nəticələr açıqlandı

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatdı. Ümumilikdə 58289 (12118 nəfəri subbakalavr) nəfər ixtisas seçimi imkanından istifadə etdi.

Yenicag.az xəbər verir ki, bu sözlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. Ekspert bildirib ki, nəticələrin 8 avqustda elan olunacağı gözlənilir:

“I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib).

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib).

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib).

IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib).

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib”.