İYİ Partiya bu gün Ankarada Meral Akşenerdən sonra yeni liderini seçmək üçün seçkilərə gedir.
Yenicag.az xəbər verir ki, bu gün keçiriləcək növbədənkənar qurultayda partiya sədrliyi üçün 4 namizəd mübarizə aparacaq.
Sədrlik yarışında ilk turda nəticə alınmazsa, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparacaq.
Qurultayda Meral Akşenerin vida nitqi söyləyəcəyi gözlənilir.
Sədrlik uğrunda Koray Aydın, Müsavat Dərvişoğlu, Tolga Akalın və Günay Kodaz yarışacaq.