!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İyunun 6-sı buraxılış imtahanıdır

!Reklam – Yazi

imagesTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti buraxılış imtahanları keçirəcək.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

Həmin gün eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 22-dən etibarən çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15: 00 -da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 65 imtahan mərkəzi ayrılıb. Həmin gün 29379 (Sumqayıtda 3992, Abşeronda 3136, Mingəçevirdə 1178, Gəncədə 3126, Daşkəsəndə 300, Şəmkirdə 2473, Göygöldə 816, Samuxda 670, Gədəbəydə 968, Qazaxda 998, Ağstafada 896, Tovuzda 2139, Naftalanda 81, Goranboyda 1307, Şəkidə 2023, Zaqatalada 1379, Balakəndə 1077, Qəbələdə 1450, Qaxda 661, Oğuzda 594, həmçinin Bakı şəhər Nərimanov rayonunda 41, Səbail rayonunda isə 74) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 65 imtahan mərkəzi ayrılıb.
Həmin gün 24774 (Sumqayıtda 3375, Abşeronda 2163, Mingəçevirdə 986, Gəncədə 2722, Daşkəsəndə 291, Şəmkirdə 2295, Göygöldə 866, Samuxda 558, Gədəbəydə 846, Qazaxda 832, Ağstafada 695, Tovuzda 1619, Naftalanda 47, Goranboyda 1180, Şəkidə 1813, Zaqatalada 1219, Balakəndə 750, Qəbələdə 1470, Qaxda 507, Oğuzda 510, həmçinin, Bakı şəhər Nərimanov rayonunda 9, Səbail rayonunda isə 21) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv